Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:57
-

«Bir aydan çoxdur ki, gətirib töküblər bizi yeni tikiliyə. Nə işığı, nə qazı, nə də suyu var. Üç otaqlı təmirli, rahat evimdən çıxarıb atıblar bura. İndi də deyirlər get, sənəd topla ki, bu evin orderini sənə verək. Pul ödə ki, evinə telefon çəkilsin».

Daşkəsən sakini Fəridə Əhmədova «Qaynar xətt»ə 1 ay əvvəl məcburi şəkildə köçürüldüyü yeni tikilidəki şəraitsizlikdən şikayətlənir:

«İŞIĞIMIZI, SUYUMUZU, QAZIMIZI, SƏNƏDİMİZİ VERSİNLƏR»

«Köhnə evdən köçürməmişdən bir ay əvvəl telefonu, qazı, işığı, suyu kəsdilər. İndi də 1 aydan çoxdur burda həmin problemləri yaşamaqdayıq. Əgər köhnə evimdə telefonum var idisə, niyə mən təzədən pul verib, təzə evimə telefon çəkdirməliyəm? Sənədli evimi vermişəmsə, niyə illərlə qapı-qapı düşüb, təzəsi üçün sənəd toplamalıyam ki, orderini ala bilim? Necə ki ədəb-ərkanla əşyalarımızı yığıb gətirib bu evə tökdülər, elə də ədəb-ərkanla gətirib sənədlərimizi versinlər. İşığımızı, suyumuzu, qazımızı versinlər. Anam əlildir, özüm heç yerdə işləmirəm, oğlumu hərbi xidmətə yola salmağa hazırlaşıram. Hansı sənəd üçün gedirəm, deyirlər 3 manat ver, beş manat ver».

İCRA HAKİMİYYƏTİ DEYİR Kİ, ÇƏTİNLİKLƏR MÜVƏQQƏTİDİR

Daşkəsən rayon icra hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, Fəridə Əhmədovanın 1 ay əvvələ qədər yaşadığı İsmət Qayıbov küçəsindəki 21 saylı evin yerində indi rayonun icra hakimiyyətinin yeni inzibati binası üçün özül qazılır. Fəridə Əhmədovanın köçürüldüyü binada su günün müəyyən saatlarında verilir. Yeni tikili olduğuna görə onun sadaladığı başqa problemləri tez bir zamanda həll etmək mümkün deyil. Binanın işıq, qaz təminatının yaxşılaşdırılması üçün də paytaxtın müvafiq qurumlarına məktublar göndəriblər. Mənzilə order əldə etmək üçün isə tələb olunan sənədləri təqdim etmək mütləqdir. İcra Hakimiyyətindən bildirdilər ki, əgər Fəridə Əhmədovadan hər hansı sənədə görə rüşvət tələb edirlərsə, quruma

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG