Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:59

Elşad Abdullayev yeni videolar yayıb


Elşad Abdullayev yeni videolar yayıb. Videolar «Azadlıq.TV»yə təqdim edilib.

Videolardan birində Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev məhrum Sevinc Babayeva ilə danışır. S. Babayeva Mahir Abdullayevin geri qaytarılması üçün keçmiş deputat Gülər Əhmədovanın 500 min manat tələb etdiyini deyir.

Daha sonra M. Abdullayevi yüksək vəzifəyə gətirmək üçün əlavə 500 min manatın da istənildiyi deyilir. E. Abdullayev isə əlavə pulu olmadığını bildirir. Söhbət zamanı S. Babayeva telefonla G. Əhmədova ilə danışaraq, E. Abdullayevin əlavə pulu olmadığını bildirir.

Digər videoda Elşad Abdullayev Bakı Dövlət Universitetinin professoru Hacı Əsədulla olduğu deyilən şəxslə danışır. Söhbət Milli Təhlükəsizlik Nazirliyinin Mahir Abdullayevin tapılması üçün gördüyü işlərdən gedir.
XS
SM
MD
LG