Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:28

İlham Əliyev İranın yeni prezidentini təbrik edib


Prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş prezidenti Hassan Rohani-yə təbrik məktubu ünvanlayıb. Məlumatı AzərTAc yayıb.

Təbrikdə İlham Əliyev Azərbaycanla İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib:

«Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik».

Hassan Rohani iyunun 14-də prezident seçilib. Ayatollah Khomeini-nin silahdaşlarından olan Hassan Rohani 1979-cu il islam inqilabından sonra bir neçə dəfə İran parlamentinin deputatı, İran-İraq müharibəsi illərində (1980-1988) Ali Müdafiə Şurasının üzvü olub.

Hazırda keçmiş prezident Hashemi Rafsanjani-nin başçılıq etdiyi Məsləhət Şurasının üzvüdür.

Məlumata əsasən, o, alman, fransız, rus və ərəb dillərində danışa bilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG