Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:18

Teleaparıcı İlham Mirzəyevə silahlı hücum olub


«Space» kanalının teleaparıcısı İlham Mirzəyevə silahlı hücum olub. Məlumatı ANS PRESS
yayıb.

Teleaparıcı bildirib ki, cümə günü axşam saatlarında işdən evə gedərkən 4 nəfərin hücumuna məruz qalıb. Üzü qrimli olanlar İlham Mirzəyevi ailəsini ölümlə hədələdikdən sonra sərbəst buraxıblar.

Teleaparıcı hələ ki mətbuata açıqlama vermək istəmədiyini deyir. Amma agentliyin yazdığına görə, İlham Mirzəyev hadisə ilə bağlı Nərimanov rayon Prokurorluğuna və Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Teleaparıcı bununla yanaşı ölkə başçısına, DİN-ə, Respublika Prokurorluğuna müraciət edərək, özünün, həyat yoldaşının və iki azyaşlı uşağının təhlükəsizliyinin təmin edilməsini istəyib.

İş günü olmadığına görə, rəsmi qurumların hadisə ilə bağlı mövqeyini, məsələnin araşdırılıb-araşdırılmadığını müəyyənləşdirə bilmədik.
XS
SM
MD
LG