Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 22:15

Sədərək» ticarət mərkəzində yanğın olub


Ötən gün axşam radələrində Qaradağ rayonu ərazisində yerləşən «Sədərək» ticarət mərkəzində yanğın baş verib.

Şirniyyat sexi və mağazaları əhatə edən yanğın 2 min kv. metr sahəyə sürətlə yayılıb.

Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumatına görə, yanğın ticarət müəssisəsində bir neçə dükan və kafeni əhatə edib.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG