Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:17

Azərbaycanda 3200 müəllimə ehtiyac var


-
Gələn tədris ili üçün Azərbaycanda 3200-ə yaxın müəllimə ehtiyac var. Bunun 435 nəfəri Bakı, qalanları isə rayon və şəhərlərdəki məktəblərə lazımdır.

Təhsil Nazirliyindən ANS-in sorğusuna verilən cavabda belə deyilir.

Məlumata görə, Bakı şəhərində əsas ibtidai sinif, fiziki tərbiyə və ingilis dili, əyalət məktəblərində isə daha çox kimya, biologiya, Azərbaycan dili, ədəbiyyat, coğrafiya, fizika, riyaziyyat, tarix, ingilis dili, informatika ibtidai sinif müəllimlərinə ehtiyac var.

Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli qərarına əsasən, gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunması üçün xüsusi dövlət sifarişi nəzərdə tutulur.

Kənd rayonlarında dərs deməyə gedən gənc mütəxəssislərə 3 il ərzində kommunal xidmətlər üçün 40 manat kompensasiya verilir. Rayon mərkəzlərindən 20 km uzaqda dərs deyənlərin əməkhaqqına 3 il ərzində ayda 70 manat əlavə olunur.

Yol xərci, əmlakın daşınması və s. xərclərə görə əmək haqqının 2 misli həcmində birdəfəlik yardım ödənilir.

Nazirlər Kabinetinin qərarında bundan əlavə daimi məskunlaşma üçün torpaq sahəsinin ayrılması və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG