Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:29
Dünən Qahirədə sünni dini xadimlərin təşkil etdiyi nümayişdə Suriya rejimi və onun müttəfiqlərinə qarşı cihad elan edilib.

Nümayişdə minlərlə islamçı iştirak edib.Onlar bəyan ediblər ki, bu savaşda Suriya üsyaçılarını pul və silahla təmin etmək lazımdır. Bəyanat müəllifləri bildiriblər ki, İran hakimiyyəti, Livandakı Hizbullah qrupu və onların Suriyadakı müttəfiqləri demək olar ki, islam və müsəlmanlara qarşı müharibə elan ediblər.

Hizbullah qrupunun Suriyanın hökumət qüvvələri tərəfindən vuruşması barədə məlumatlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG