Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:56

İstanbulun Taksim meydanında etiraz aksiyası davam edir


İstanbulda etiraz aksiyası
İstanbulda etiraz aksiyası
Türkiyənin baş naziri Recep Tayyip Erdogan yenidən nümayişçiləri İstanbuldakı Gezi parkını tərk etməyə çağırıb. Parkda çadır düşərgəsi salan etirazçılar hökumətin istefasını tələb edirlər.

Mayın 31-də parkda ağacların kəsilməsinə etiraz olaraq başlanan etiraz aksiyası az sonra baş nazir Ərdogana qarşı yönəldi və aksiyalar paytaxt Ankara da daxil olmaqla ölkənin digər şəhərlərinə yayıldı.
Polis aksiyaları dağıdarkən gözyaşardıcı qaz və şudan istifadə edir. İndiyədək azı 4 adamın öldüyü bildirilir.

Baş Nazir Erdogan polisin hərəkətinə haqq qazandırıb.

Şəhər rəhbərliyi dünən bəyan edib ki, parkda ticarət mərkəzi tikilib-tikilməməsini məhkəmə həll edəcək. Hakimiyyət bundan əvvəl məsələ ilə bağlı İstanbulda referendum keçirilməsini də təklif edib.
XS
SM
MD
LG