Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:10

İranda islahatpərəst namizəd qalib gəlir


Hassan Rohani
Hassan Rohani
İranda prezident seçkilərinin ilkin nəticələri islahatpərəst namizəd Hasan Rohaninin qalib gəldiyini göstərir.
Səslərin yarıdan çoxunun nəticələrinə görə o 53 faizdən bir qədər artıq səs toplayıb ki, bu birinci mərhələdə onun qələbəsini təmin edə bilər.Bu barədə Daxili işlər nazirliyi məlumat yayıb.

İkinci yerdə isə 16 faizdən bir qədər artıq səslə mühavizəkar, Tehran meri Mohammad Baqer Qalibaf gəlir.

Hakim dairələrin məlumatına görə, seçkidə 70 faizdən çox seçici iştirak edib.

İndiki prezident Mahmud Ahmadinejad iki dəfə dalbadal seçildiyindən 3-cü müddət uğrunda mübarizə apara bilməz. 2009-cu ildə onun qalib gəldiyi seçki ölkədə kütləvi etirazlar və həec-mərcliyə səbəb oldu.
XS
SM
MD
LG