Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:00

Valideynlər övladlarının həbsinə görə Bakıya yürüş etdilər


Valideynlərin yürüşü

Valideynlərin yürüşü

-
İyunun 15-də Göyçay rayon sakinləri - Sərdar MustafayevGülmirə Mustafayeva Heydər Əliyevin portreti ilə Göyçaydan Bakıya yürüşə başlayıblar.

Sərdar Mustafayevin AzadlıqRadiosuna dediyinə görə, belə bir addım atmalarına səbəb narkotik ittihamı ilə 1 il 6 ay məhkum olunmuş oğlu Ağasif Mustafayevin azadlığa buraxılandan sonra yenidən həbs edilməsidir:

«Oğlum azadlığa çıxandan 7-8 ay sonra prokuror işə yenidən baxılmasını tələb edib. İşə baxılandan sonra oğluma yenidən 5 il əlavə iş kəsilib. Müraciət etmədiyim yer qalmayıb. Hətta Ədliyyə naziri Fikrət Məmmədov Göyçayda olanda onunla görüşmüşəm. Pulum da yoxdur ki, gedim oğlumla maraqlanım, vəkil tutum. Ona görə də əlimdə cənab prezidentimizin şəkli Bakıya piyada gedirəm. Oğlumun azadlığa buraxılması üçün ondan yardım istəyirəm».

Bir qədər sonra əraziyə gələn polis əməkdaşları Bakıya yürüş edən valideynlərinin qarşısını alıblar.

Polis şöbəsindən AzadlıqRadiosuna bildiriblər ki, valideynlər şöbəyə onlara yardım olunması üçün çağırılıblar.

Şərhləri göstər

XS
SM
MD
LG