Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 23:36

Tbilisi prospekti bağlandı


-
Bakıda Tbilisi prospektinin bir hissəsi bağlanıb.

Bu barədə day.az saytına «Azəryolservis» ASC-nin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata əsasən, İzmir küçəsi ilə kəsişməsindən Əli Həsənov küçəsi ilə kəsişməsinə qədər Tbilisi prospektinin 20 Yanvar dairəsi istiqamətində yol təmir işləri ilə əlaqədar bağlanılıb.

Yolun bağlanmış hissəsində asfalt örtüyü yenilənəcək. Bundan başqa yol nişanları çəkiləcək.

Təmir işləri 5-6 gün davam edəcək.
XS
SM
MD
LG