Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:16

Məcburi köçkünlər yolu bağladılar


-
Dərnəgül yolunun 8-ci massivində məcburi köçkünlərin yaşadığı 2 binanın sakinləri yolu bağlayıb.

Bu barədə AzadlıqRadiosuna Ağdam rayonundan olan məcburi köçkün Vaqif Şirinov məlumat verib:

«Mavi yanacağın olmadığı binada elektrik borcunu 100%-lə hesablayırlar. Bununla da hər ailənin 3-4 min borcu var. Şəxsən mənin 4100 manat borcum var. Bu gün səhərdən qaçqınların yaşadığı hər iki binanın elektrikini kəsiblər. Özümüz də heç yerdə işləmirik, necə ödəməliyik? Bu barədə dəfələrlə «Qaçqınkom»a, digər qurumlara müraciət etmişik. Səsimizi eşidən yoxdur».

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən mövqe öyrənmək hələ ki mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG