Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:27

Zərdabda jurnalistin evinə basqın edilib


-
aznews.az saytının jurnalisti Bahar Rüstəmlinin atasının evinə basqın edilib.

Bu barədə AzadlıqRadiosuna jurnalist özü məlumat verib.

Bahar Rüstəmli deyir ki, hücuma səbəb iyunun 13-də aznews.az saytında dərc edilən «Zərdabda biabırçı olay: 15 yaşlı qız sürgün edilir» başlıqlı yazı səbəb olub:

«Alıcanlı kəndinin 30-a yaxın sakini atamgilin yaşadığı Alıbəyli kəndinə gəlib. Atamgilin yaşadığı evin darvazasını yumurta atəşinə tutublar. Atam darvazaya çıxanda ona bıçaqla hücum ediblər, onu döyüblər, ölümlə hədələyiblər. Deyiblər ki, qızınızı zərdabla bağlı yazılar yazmasını əngəlləyin. Gələnlərin arasında hadisəni kamerayla çəkən də varmış».

Bahar Rüstəmli hadisədən xəbər tutduqdan sonra Zərdab rayon Polis Şöbəsini və 102 xidmətini məlumatlandırdığını deyir. Olayın sifarişçisinin isə Zərdab rayon İcra Hakimiyyəti olduğunu düşünür:

«Zərdab rayon İcra Hakimiyyəti dəfələrlə üstümə adam göndərib. Tələb ediblər ki, Zərdabla bağlı hər hansı sosial problemi işıqlandırmayasınız. Düşünürəm ki, bugünkü hadisə icra hakimiyyətinin mesajıdır».

Bahar Rüstəmli məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna, ölkə başçısına müraciət edəcəyini deyir.

Zərdab rayon Polis Şöbəsi dəfələrlə zəng etməmizə rəğmən telefonlara cavab vermədi.

DİN mətbuat xidmətinin sözçüsü Orxan Mansurzadə aznews.az-a bildirib ki, məsələ araşdırılacaq və qanuni tədbirlər görüləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG