Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:04

Erdoganın nümayişçilərlə görüşünü hakim partiya müsbət adlandırır


Türkiyənin baş naziri Erdogan Taksimdəki nümayişçilərin nümayəndələri ilə görüşüb. Ankardakı görüşdən sonra hakim AK partiyanın sözçüsü deyib ki, danışıqlar müsbət olub, ancaq təkrar edib ki, nümayişçilər parkı tərk etməlidir.

İki həftədir ki, nümayiş edənlər isə Erdoganın xəbərdarlığına məhəl qoymurlar, Taksim meydanını və Gəzi parkını tərk etmirlər.

AK partiyanın təmsilçisi həmçinin bildirir ki, məhkəmə qərarına və ya referenduma qədər parkda heç bir tikinti olmaycaq.

Taksimdə nümayişlər burda ticarət mərkəzi tikilməsinə etiraz kimi başlanmışdı.
XS
SM
MD
LG