Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:20

İran səfiri Bakıdakı səsvermədən danışıb


-
İyunun 14-ü İranda prezident seçkisi keçirilir. Bununla bağlı İranın Bakıdakı səfirliyinin ikinci korpusunda da səsvermə qutuları qoyulub.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin Mediaforum saytına bildirib ki, səsvermə yüksək səviyyədə keçir:

«Doğrusu, mən xalqımızın səsvermədə bu qədər fəal iştirak edəcəyini gözləmirdim. Ona görə ki, burada təhsil alan tələbələrimizin əksəriyyəti ya imtahana hazırlaşır, ya da dərslə məşğuldurlar. Onların boş vaxtları adətən saat 4-dən sonra olur. Onu da nəzərə alaq ki, xeyli tələbə imtahanını verib və hazırda İrandadır.

Buna baxmayaraq, səsvermənin başlandığı bir neçə saat ərzində 500-ə yaxın adam səs verib. Fikirləşirik ki, min nəfərə yaxın vətəndaşımız burada səsvermədə iştirak edəcək».

Səfir məlumat verib ki, təxminən 2500 nəfər İran vətəndaşı Azərbaycanda qeydiyyatdadır. 400-500 nəfər isə Azərbaycana müvəqqəti gələnlərdir.

İranın 11-ci prezident seçkisində altı namizəd – Səid Cəlili, Həsən Ruhani, Məhəmməd Qərəzi, Məhəmmədbağır Qalibaf, Əli Əkbər Vilayəti və Möhsün Rzayi mübarizə aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG