Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:50
-
«Toğrul Nərimanbəyovun dəfni ətrafında baş verən qalmaqal iyunun 17-də Parisdə baş tutacaq məhkəmədə çözüləcək».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramının ünlü Azərbaycan rəssamı Toğrul Nərimanbəyova həsr olunmuş sayında rəssamın dostu Ağəli İbrahimov söylədi.

VƏTƏNDƏ DƏFN OLUNMASINI İSTƏYİRDİ

Onun dediyinə görə, məşhur rəssam Bakıda dəfn olunmasını istəyib:

«Onun atası, babası, qardaşı məşhur rəssam Vidadi Nərimanbəyov Bakıda dəfn olunub. Bir məsələ də var. Fransada dəfn olunmaq üçün, eləcə də gələcək illərdə məzarı saxlamaq üçün xeyli vəsait lazımdır. İkincisi və ən əsası, Toğrul Vətənini sevirdi . Hələ ay yarım əvvəl qızı Əsmər xanım mənə demişdi ki, vəziyyəti ağırdır, Bakıya gəlmək, orada dəfn olunmaq istəyir. Bakıda dəfn olunmasa, biz dostları da çox üzüləcəyik. Çünki Toğrul bizim tariximizdir. Yaxşı olardı ki, Vətənə qayıtsın».

İKİ QADIN ARASINDA

Xatırladaq ki, Toğrul Nərimanbəyov uzun illərdir ki, ikinci həyat yoldaşı və oğlu ilə Fransada yaşayırdı.

İyunun 2-də vəfat etmiş rəssamın harada dəfn olunması onun qızı Əsmər Nərimanbəyova və xanımı Sevinc Nəcəfzadənin fikir ayrılığı üzündən təxirə düşüb.

Qızı onun Azərbaycanda, həyat yoldaşı isə Fransada torpağa tapşırılmasını istəyir.

TOĞRULUN ATASI AZƏRBAYCAN TÜRKÜ, ANASI FRANSIZ OLUB

Toğrul 1930-cu ildə Bakıda doğulub. Onun atası Fərman Nərimanbəyov Azərbaycan Cümhuriyyətinin xaricə göndərdiyi 100 tələbədən biri olub.

Tuluzada mühəndislik oxuyan Fərman bir fransız qıza aşiq olur və onunla evlənir...

Fərmanın həyatına Sovetlər hansı fərman verdilər--bunu AzadlıqRadiosunun iyunun 16-da saat 23-də yayımlanacaq «İz» proqramında biləcəksiniz.

Hələliksə, Toğrul Nərimanbəyovun harada dəfn olunmasına siz də öz səsinizlə səs qata bilərsiniz.

Məktubu istədiyiniz dildə bu ünvana-- as.nar@mail.ru (iyunun 16-sı daxil imzala və skanerlə surətini çıxart) göndərə bilərsiniz.

Məktubda mütləq ad, soyad, şəxsiyyət vəsiqəsinin nömrəsi və imza olmalıdır.

Məktubda onun Azərbaycanın bənzərsiz rəssamı olduğu və Vətəndə dəfninin ictimai önəm daşıdığı qeyd olunmalıdır.

Məktubun ingiliscə mətnini əlavə edirik:

My name is …
I am working at the …
As a close friend of the Narimanbekoff's family I am strongly supporting the idea to bury Mr.Togrul Narimanbekoff in Baku, Azerbaijan.
We knew him as a talented and World-Famous Artist!
As patriots of Azerbaijan we kindly ask you to solve this issue bearing in mind our feelings and respect to his Great Personality.
Sincerely,

Passport number: AZE No…
Date and signature:
14.06.2013, Baku, Azerbaijan

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG