Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:22

Erdogan Türkiyədəki etirazları sənət adamları ilə müzakirə edir


Recep Tayyip Erdogan

Recep Tayyip Erdogan

-

AVROPA PARLAMENTİNİN QƏTNAMƏSİ VƏ ERDOGAN-IN REAKSİYASI

Türkiyədə gedən etirazlara Avropa Parlamenti (AP) də mövqe bildirib. Parlament iyunun 13-də Gezi Parkı olayları ilə bağlı qətnamə qəbul edib. AP Türkiyə hökumətini dinc nümayişçilərə qarşı sərt tədbirlərdən istifadə etməməyə və baş nazir Recep Tayyib Erdogan-ı barışdırıcı mövqe tutmağa çağırıb.

Həmçinin Türkiyə hökuməti vətəndaşların ifadə azadlığı və dinc etiraz hüquqlarına hörmət etməyə çağırılıb.

Türkiyə hökuməti və Erdogan qətnaməyə sərt reaksiya verib. Türk mediasının yazdığına görə, Receb Tayyip Erdoğan qətnaməni tanımadığını bəyan edib:

«Bu qətnaməni qəbul edənlər əvvəlcə Yunanıstana baxsınlar. Yunanıstanda xalqla polis qarşı-qarşıya gələndə görəsən AB-nin səlahiyyətliləri, hətta Avrozona onlara pul verməkdən başqa nə etdi?».

ERDOGAN TAKSİM DAYANIŞMA PLATFORMASININ HEYƏTİ İLƏ GÖRÜŞÜB

Türkiyənin baş naziri Recep Tayyib Erdogan 2 həftə davam edən etiraz nümayişlərindən sonra ötən gün 10 nəfərlik Taksim Dayanışma Platformasının heyəti ilə görüşüb. Görüşə 8 sənət adamı və 2 aksiyaçı qatılıb.

Görüşdən sonra heyət adından sənətçi Halit Ergenç açıqlama verib:

«Biz sənətçilər və dirənişçilər olaraq öz problemimizi və problemlərin həll yollarını təklif etdik. Baş nazirimiz bizi dinlədi, bəzi nəticələrə vardıq. Ediləcək mühakimələrə sayqılı olacaqlarını, mühakimənin nəticələri müsbət olarsa, referenduma gedəcəklərini bildirdilər».

Ankarada keçirilən danışıqlardan sonra Ədalət və İnkişaf Partiyasının sözçüsü görüşün pozitiv olduğunu, lakin nümayişçilərin parkı tərk etməməkdə israrlı olduqlarını bildirib. O, həmçinin referendumsuz parkda tikinti işlərinin aparılmayacağını da deyib.

Bu arada nümayişçilər Erdogan-ın Gezi parkından və İstanbulun mərkəzindən çəkilmələri ilə bağlı «son xəbərdarlığını» rədd ediblər. Minlərlə insan gecəni Taksimdə və Gezi parkında keçirib.

14 gündür ki, Türkiyədə hökumət əleyhinə aksiyalar keçirilir. Əvvəlcə Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən aksiya, az sonra baş nazir Erdogana qarşı yönəlib. İndiyədək polislə aksiyaçılar arasında baş verən toqquşmalarda azı 4 nəfərin öldüyü, 5 min nəfərin yaralandığı bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG