Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:08

Qadın kosmonavtın kosmosa uçuşunun 50 illiyinə marka


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti ilk qadın kosmonavtın kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş suvenir poçt blokunu dövriyyəyə buraxıb.

Şirkətdən AzadlıqRadiosuna verilən məlumata görə, markanın üzərində ilk qadın kosmonavt Valentina Tereshkova-nın şəkli var.

Markanın dəyəri 1 manat, tirajı 20 mindir. Marka üzərində V. Tereshkova və «Vostok-6» kosmik gəmisinin təsvirləri yer alıb.

Markalar Belarusda çap edilib.

Dünyanın ilk qadın kosmonavtı Valentina Tereshkova təxminən 3 sutka davam edən əlamətdar uçuşunu 1963-cü ilin iyunun 16-da «Vostok-6» kosmik gəmisində həyata keçirib. Raket Baykanur kosmodromundan start götürüb.

BMT-nin poçt idarəsi də V. Tereshkovanın uçuşunun 50 illiyinə həsr olunmuş marka buraxıb.
XS
SM
MD
LG