Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:14

Vahid Ələkbərov: «Mən bütün azərbaycanlıların prezidenti İlham Əliyevi dəstəkləyirəm»


Vahid Ələkbərov

Vahid Ələkbərov

-

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı iş adamı, «LUKOİL» şirkətinin prezidenti Vahid Ələkbərov APA-ya müsahibə verib. Müsahibəni təqdim edirik:

- Ötən ilin sonlarında yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının sıralarında Sizi də gördük...

- Bəli, mən bu təşkilatın yaradılmasına dəstək vermişəm. Biz bu təşkilatı Rusiyada yaşayan azərbaycanlıların xeyrinə olan qurum kimi yaratdıq. Bu təşkilat heç kəsin əleyhinə yaradılmayıb. Mən şəxsən Azərbaycan prezidenti, həm də bütün azərbaycanlıların prezidenti İlham Əliyevi dəstəkləyirəm. Mən də onun növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinin tərəfdarıyam və bu yöndə olan təşəbbüslərin hamısını dəstəkləyirəm. Bu yaxınlarda mütləq Bakıya gedib, bütün azərbaycanlıların prezidenti İlham Əliyevə dəstək verdiyimi orda da bildirəcəyəm.

- Amma Azərbaycan mətbuatında təmsil olunduğunuz Rusiya Azərbaycan Təşkilatları İttifaqı ilə bağlı başqa iddialar səslənir. Təşkilatın Kremlin tapşırığı ilə yaradıldığı yazılır. Bunu necə şərh edərdiniz?

- Bu yazılanlar hansısa təxəyyülün məhsuludur. Rusiya Azərbaycan Təşkilatları İttifaqı ictimai təşkilatdır. Bu təşkilat burada yaşayan və fəaliyyət göstərən azərbaycanlıların təşəbbüsü ilə yaradılıb. Təşkilatın məqsədi digər diaspor təşkilatlarının fəaliyyətlərini nizamlamaq və koordinasiya etməkdən ibarətdir. Bu gün «AzərRos» Federal Milli-Mədəni Muxtariyyəti aktiv fəaliyyətdədir və Abbas Abbasovun rəhbərliyi altında mühüm işlər görür.

Mən Ümumrusiya Azərbaycan Konqresinin də vitse-prezidenti olmuşam. Lakin hazırda həmin təşkilatda təmsil olunmuram. Təəssüflər olsun ki, ÜAK-ın fəaliyyəti ilə bağlı gözləntilərimiz özünü doğrultmadı. Təşkilatı məsələlərlə bağlı problemlər ortaya çıxdı.

- Ümumilikdə Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti müsbətdir. Burda yaşayan Azərbaycanlıların Rusiya Federasiyasının iqtisadiyyatına böyük töhfələr verirlər. Burdakı azərbaycanlı iş adamları Rusiyanın ictimai həyatında yaxından iştirak edirlər. Onların təşəbbüsü ilə çox mühüm işlər görülür. Bu müsbət haldır. Hazırda azərbaycanlı iş adamları Federal Milli-Mədəni Muxtariyyətin rəhbərliyi altında Rusiyanın regionlarının ictimai həyatında mühüm işlər görürlər.

- Rəhbərlik etdiyiniz «LUKOİL» şirkətinin son illər Azərbaycanda həyata keçirilən layihələrdə iştirakında durğunluq müşahidə olunur...

- Mən belə deməzdim. Biz indi SOCAR-la yeni layihələr üzərində danışıqlar aparırıq. Şirkətimizin Azərbaycanda fəaliyyətini genişləndirməkdə maraqlıyıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG