Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:14

İranda prezident seçkiləri keçirilir (VİDEO)


-

İyunun 14-də İranda prezident seçkiləri keçirilir. Seçkilər Bakı vaxtı ilə 08:00-da başlayıb, 10 saat davam edəcək.

Rəy sorğularına görə, seçkilərdə ən şanslı namizədlər Tehran şəhərinin meri, mühafizəkar namizəd Mohammad Baqer Qalibaf və mötədil ruhani, keçmiş nüvə rəsmisi Hassan Rohani-dir.

Digər 4 namizəd isə bunlardır: İranın nüvə danışıqlarında baş təmsilçisi Said Jalili, keçmiş xarici işlər naziri Ali Akbar Velayati, sabiq İnqilab Keşikçiləri komandiri Mohsen Rezaie və sabiq nazir Mohammad Gharazi.

Əgər bu günkü seçkilərdə namizədlərdən heç biri səslərin 50 faizdən artığını toplaya bilməsə, iyunun 21-də ikinci tur keçiriləcək.

İranda 50 milyon yarıma yaxın vətəndaş səsvermə hüququna malikdir. Onlar İranda 60 min seçki məntəqəsində, xaricdə yaşayanlar isə 96 ölkədə, 128 nümayəndəlikdə səs verəcəklər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG