Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Robert Miller: "telefon danışıqları barədə məlumatlardan təhlükəli şəxsləri müəyyən etmək üçün istifadə edilib


ABŞ Federal Təhqiqt Bürosunun direktoru Robert Miller bildirib ki, hökumətin hər gün telefon danışıqları barədə aldığı məlumatlardan yalnız Amerika üçün təhlükəli olan şəxslərin müəyyən edilməsi üçün istifadə edilib.

O bu gün Konqresin nümayəndələr palatasında keçirilən dinləmələrdə qeyd edib ki, Edward Snowdenin bütün dünyaya yaydığı məxfi izləmə proqramından yalnız telefon nömrələri , zənglərin yeri və uzunluğunun müəyyən edilməsi üçün istifadə edilib.O bunun heç bir halda ABŞ qanunlarına zidd olmadığını bildirib.

Millerin sözlərinə görə hökumət məxfi informasiyalar yayan şəxsi məsuliyyətə cəlb etmək üçün bütün lazımi tədbirlərə əl atır.

Mərkəzi Təhqiqat İdarəsinin keçmiş əməkdaşı Edward Snowdenin Guardian və Washington Post qəzetlərinə müsahibəsində xüsusi xidmətin Telefon söhbətləri və internet istifadəçilərini izləmək üçün belə bir proqram yaratdığını bildirib.

Onun Honkonqda gizləndiyi ehtimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG