Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:08

Cexiyada hökümət rəsmisi həbs edilib


Foto arxiv
Foto arxiv
Çexiyanın baş naziri Petr Necasın əsas köməkçilərindən biri həbs edilib. Baş nazirin sağ-mərkəzçi partiyasından olan Jana Nagyova və daha 4 siyasəti polisin korrupsiyaya qarşı keçirdiyi reyd zamanı saxlanıblar.

Reydlər dünən və bu gün keçirilib. Antikorrupsiya şöbəsinin rəisi və 2 prokuror baş nazir Necasla da görüşüblər. Amma bu görüş barədə məlumat verilmir. Həmçinin Müdafiə nazirliyi, Praqa bələdiyyə idarəsinin binaları və siyasətçilərlə əlaqəsi olan 2 tanınmış biznesmenin ofis və villalarında reyd keçirilib.

Prezident Milos Zeman yaranmış vəziyyəti müzakirə etmək üçün sabah baş nazir, milli polisin rəhbəri və müxalifətdə olan sol-mərkəzçi sosial-demokrat partiyasının liderləri ilə görüşmək fikrindədir.
XS
SM
MD
LG