Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

Azərbaycanın Londondakı səfirliyi qarşısında «Harlem Shake» aksiyası


Azərbaycan səfirliyi qarşısında aksiya

Azərbaycan səfirliyi qarşısında aksiya

-
İyunun 13-də siyasi məhbusların azad olunması tələbilə Londonda Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.

Aksiyanı «Demokratiya Naminə İncəsənət» (Art for Democracy) kampaniyası, ARTICLE 19 və Senzura İndeksi (Index on Censorship) təşkilatları təşkil ediblər.

Aksiyaya səbəb azərbaycanlı fəal İlkin Rüstəmzadənin Bakıda lentə alınmış «Harlem Shake» videosu ilə bağlı həbsidir.

«Demokratiya Naminə İncəsənət» kampaniyasının yaydığı məlumata görə, etiraz aksiyasının iştirakçıları İlkin Rüstəmzadənin həbsinin absurdluğunu ön plana çəkmək məqsədilə «Harlem Shake» adlı başqa bir video hazırlayıblar. Videonun hazırlanmasında məqsəd beynəlxalq diqqəti Azərbaycanda siyasi məhbus probleminə və ölkədə insan haqlarının durumuna yönəltməkdir.

«Demokratiya Naminə İncəsənət» kampaniyasının tanıtım direktoru Rebecca Vincent-ə görə, Azərbaycanda insan haqlarının durumu hər ötən gün pisləşməkdədir.

«Biz bunun oktyabrda keçiriləcək prezident seçkiləri öncəsi daha da ağırlaşacağından narahatıq. Britaniya hökuməti də daxil olmaqla beynəlxalq ictimaiyyət Azərbaycanda insan haqlarının pozulmasına qəsdən göz yumma siyasətinə son qoymalı və digər maraqları ölkənin demokratikləşməsindən daha üstün tutmamalıdır» - deyən ARTICLE 19 təşkilatının icraçı direktoru doktor Agnes Callamard İlkin Rüstəmzadənin həbsini siyasi motivli həbs dalğasının bir hissəsi adlandırıb. O, deyib ki, seçkilər yaxınlaşdıqca, ifadə azadlığına qarşı getdikcə artan təzyiqlərə son qoyulmalıdır.

Senzura İndeksi Təşkilatının təşviqat şöbəsinin rəhbəri Mike Harris də Azərbaycanda ifadə azadlığı üçün mühitin pisləşməkdə olduğunu deyib. Onun fikrincə, Azərbaycan bu problemləri aradan qaldırmalı və insan haqları ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməlidir.

XS
SM
MD
LG