Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:53

«Manchester United» Gəncədə təlim keçəcək


Wayne Rooney
Wayne Rooney
-
«Manchester United» futbol klubunun məşqçiləri Gəncədə balaca futbolçulara məşqlər keçəcək.

Bu barədə Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşviq Cəfərov məlumat verib.

Onun dediyinə görə, Birləşmiş Krallığın nümayəndələri ilə aparılan danışıqlar əsasında AFFA-nın dəstəyi ilə reallaşan seçim turlarına ilk olaraq Gəncədən başlanıb. Əsasən 8-12 yaşlı futbolçular seçimlərə qatılıb. Onlar sırasından 5 nəfərin seçilməsi nəzərdə tutulub.

İki mərhələdən ibarət olan müsabiqədə 300-ə yaxın uşaq seçimlərdə iştirak edib. İki gün davam edən seçimlərin yekununa əsasən, Zərrar Məmmədov, Nihad Qəribov, Ələddin Qəmbərov, Nihad Fəraci və Ələddin Qəhrəmanov mütəxəssislərin müsbət rəyini qazanıb.

Onlar iyunun 24-28-i tarixlərində Bakıda keçiriləcək təlim-məşq toplanışına rəsmi dəvət alıb.

Seçimlər Gəncə ilə yanaşı, Bakı, Sumqayıt, Mingəçevir, Lənkəran şəhərlərində də aparılacaq və 32 futbolçu seçiləcək.
XS
SM
MD
LG