Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:20

Gürcüstanla Rusiya arasında viza rejimi yüngülləşə bilər


Grigory Karasin
Grigory Karasin
Rusiya yaxın vaxtlarda Gürcüstanla viza rejiminin yüngülləşdirilməsində razılıq əldə olunacağına ümidlə yanaşır.

Bunu bu gün Rusiya xarici işlər nazirinin müavini Grigori Karasin bəyan edib. Amma Karasin qeyd edib ki, hələlik iki ölkə arasında diplomatik münasibətlər olmadığından viza rejiminin ləğvindən danışmaq hələ ki, tezdir.

Rusiya 2008-ci ilin avqustunda iki ölkə arasında baş verən qısa müharibədən sonra Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb və bundan sonra iki ölkə arasında diplomatik münasibətlər kəsilib.
XS
SM
MD
LG