Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:31

Penitensiar Xidmət məhkəməyə verildi


-
«Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətini məhkəməyə verib.

Buna səbəb adıçəkilən qurumun Alyansın sorğu və müraciətlərini cavablandırmamasıdır.

Məhbusların saxlanma şəraiti və hüquqları ilə bağlı hesabat hazırlayan Alyans bir müddət əvvəl Penitensiar Xidmətin rəisi Mədət Quliyevə informasiya sorğusu ilə müraciət edib.

Alyans bilmək istəyir ki, neçə istintaq təcridxanası var, onların texniki vəziyyəti, dustaqların saxlanma şəraiti necədir. Bundan başqa, müraciətdə məhbusların tibbi xidmət, geyim, ərzaq və sosial problemlərinin həlli ilə bağlı 2011-2012-ci illərdə dövlət büdcəsindən nə qədər vəsait ayrıldığı və bu vəsaitlərin hansı istiqamətdə xərcləndiyi soruşulur.

Alyansın yaydığı məlumata görə, iddia ərizəsi 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmədə icraata götürülüb.

«Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansı 2012-ci ilin avqust ayında bir qrup keçmiş məhbus və hüquq müdafiəçiləri tərəfindən yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG