Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:57

Həmməruzəçilər siyasi partiya təmsilçiləri ilə görüşüb


Pedro Agramunt və Joseph Debono Grech
Pedro Agramunt və Joseph Debono Grech
-
İyunun 13-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro AgramuntJoseph Debono Grech siyasi partiyaların nümayəndələri ilə görüşüb.

AŞPA nümayəndələri Bakıda

-
AŞPA Monitorinq qrupunun üzvləri "Kürü diplomatiyası haqda"

Your browser does not support iframes.


VAHİD NAMİZƏD KİMİ RÜSTƏM İBRAHİMBƏYOVUN ADI ÇƏKİLİR

«EL» Hərəkatının sədr müavini Yusif Ağayev deyir ki, əsasən gənc fəalların həbsi, Milli Şuranın yaranması, vahid namizəd, hicab məhbuslarından danışıb:

«Bildirdim ki, hökumətin yürütdüyü siyasət daha da sərtləşib. Gənclər həbs olunub. Hicabla bağlı keçirilən dinc nümayiş dağıdılıb. Həmin aksiyaya görə 32 adam əsassız ittihamlarla həbs olunub. Onlardan 24-ü haqqında hökm çıxarılıb. Milli Şuranın vahid namizədinə qarşı əsassız cinayət işinin açıla biləcəyindən danışdıq. O, cinayət məsuliyyətinə cəlb edilib həbs olunacağı halda seçki prosesindən kənarlaşdırıla bilər. Vahid namizəd kimi hamı Rüstəm İbrahimbəyovun adını çəkirdi».

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı isə Azərbaycanda Avropa Şurasına olan inamın azalmasını vurğulayıb:

«Xüsusən də Strasser-in məruzəsindən sonra Azərbaycanda siyasi məhbusların artdığını diqqətə çatdırdıq. Seçkilərin demokratik keçirilməsi üçün Seçki Məcəlləsinə dəyişiklik olunması, seçki mühitinin yaradılması sahəsində Azərbaycanın demokratik qüvvələrinə yardım göstərməli olduqlarını vurğuladıq. Vahid namizəd kimi təsdiqlənməsə də, Rüstəm İbrahimbəyovun vahid namizəd olmasının böyük ehtimal olduğu bildirildi».

«HESABATA SALINACAĞINDAN ƏMİN DEYİLİK»

AXCP sədrini müavini Razi Nurullayev həmməruzəçilərin Azərbaycan müxalifətinə fərqli münasibətindən danışıb:

«Xüsusilə müxalifətlə məsləhətləşmələr aparmamaları, bəzən məlumatları birtərəfli qaydada almaları üzərində dayandım. Onu da vurğuladım ki, Parlament Assambleyasının nümayəndələri gəlir, biz də onlara məlumatlar veririk.
Razi Nurullayev
Razi Nurullayev
Onların hesabat hazırlamalarına kömək edirik. Ancaq dediklərimizin hesabata salınacağına əmin deyilik».

Görüş iştirakçılarının bildirdiyinə görə, Pedro Agramunt deyib ki, onlar gördükləri işlə fəxr edirlər, müxalifətə qarşı fərqli münasibətləri yoxdur. Həmməruzəçilər Milli Şuranın yaradılmasını təqdir edib. Vahid namizəd məsələsində müxalifətin yekdil fikrə gələcəyinə ümid etdiklərini bildiriblər.

Həmməruzəçilər qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə də görüşüblər. Günün sonunda onlar mətbuat konfransı keçirəcəklər.

AŞPA-nın iclası
AŞPA-nın iclası
Dünən isə daxili işlər naziri Ramil Usubovla görüşüblər.

ÖHDƏLİKLƏR YERİNƏ YETİRİLİRMİ?

Səfərin əsas məqsədi Azərbaycanın qurum qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmələri ilə tanışlıqdır. Bu ilin yanvarında AŞPA-nın qış sessiyasında Azərbaycanda siyasi məhbuslara dair hesabat qəbul olunmayıb. Ancaq sessiyadan keçən, həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grech-in hazırladığı hesabatda da Azərbaycana dair tövsiyələr yer alırdı.

Ümumilikdə həmməruzəçilər 9 bənd üzrə 40-dan çox tövsiyə irəli sürürlər. Sənəddə bildirilirdi ki, ölkədə heç bir seçki demokratik standartlara uyğun keçməyib, seçki prosesində çatışmazlıqlar var. Əsas tövsiyələrdən biri də Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlıdır.

Azərbaycan rəsmiləri Avropa Şurası ilə əməkdaşlıq etdiklərini vurğulayırlar.

HƏMMƏRUZƏÇİLƏRİN MƏTBUAT KONFRANSINDAN CANLI YAYIM (təkrarı)
XS
SM
MD
LG