Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:19

Erdogan sonuncu dəfə xəbərdarlıq etdi


Tayyip Erdogan
Tayyip Erdogan
Türkiyənin baş naziri Racap Tayyip Erdogan etirazçılara son xəbərdarlıq edib, O televiziya ilə çıxışında artıq polisin Taksim meydanı və Gəzi parkında düşərgə salınmasına dözməyəcəyini bəyan edib.

Hakimiyyət bundan əvvəl İstanbulun Taksim meydanı və Gəzi parkında yenidənqurma işləri aparılıb-aparılmaması ilə bağlı referendum keçirilməsini təklif edib. Amma hakim Ədalət və inkişaf partiyasının sözçüsü Huseyin Celik bildirib ki, bu referendum yalnız İstanbulda keçirilməlidir.

Aksiyaçılar isə parkı tərk etmək fikrində deyillər və referendum təklifinin normal qərar olmadığını deyirlər.

14 gündür ki, Türkiyədə hökumət əleyhinə aksiyalar keçirilir. Əvvəlcə Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən aksiya, az sonra baş nazir Erdogana qarşı yönəldi. İndiyədək baş verən toqquşmalarda azı 4 nəfərin öldüyü, 5 min nəfərin yaralandığı bildirilir.
XS
SM
MD
LG