Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:13

ABŞ-ın sirlərini açan Snowden qaldığı oteldən yoxa çıxıb


Edward Snowden

Edward Snowden

ABŞ-ın ən məxfi idarəsi olan Milli Təhlükəsizlik Agentliyində çalışan və Agentliyin dünyada milyonlara şəxs haqda internet üzərindən məlumat topladığını açıqlayan Edward Snowden Hong-Kongda qaldığı oteldən çıxıb, amma hara getdiyi məlum deyil.

Cənubi Çin Morning Post qəzetinə daha öncə verdiyi müsahibəsində Snowden denişdi ki, o Hong-Konga ədalətdən gizlənmək üçün gəlməyib. Əksinə., Amerika Milli Təhlükəsizlik Agentliyinin milyonlarca adamı izləməsi faktı kimi cinayətləri dünyaya çatdırmaq üçün buradadır.


SNOWDEN HAQDA CİNAYƏT İÇİ AÇILIB

ABŞ Ədliyyə Nazirliyi 29 yaşlı Snowden barədə artıq cinayət işi açsa da, hələ onun təhvil verilməsi üçün Hong-Kong hökumətinə ekstradisiya sənədlərini göndərməyiblər.

Milli Təhlükəsizlik Agentliyinin direktoru general Keith Alexander isə Senatın Xüsusi Komitəsində dinləmələrdə ifadə verməli olub.

O deyib ki, sosial şəbəkələr, internet vasitəsilə aparılan milyonlarla izlənmə sayəsində Amerika və xarici ölkələrdə planlaşdırılan onlarla terror hücumunun qarşısı alınıb.

General Alexander ancaq 2 misal çəkə bilib. Deyib ki, 2009-cu ildə bu əməliyyatlar nəticəsində Nyu-Yorkda bomba partlatmaq istəyən əfqan mənşəli amerikalı Najibullah Zazi və 2008-ci ildə Bombeydə terror akt hazırlayan Pakistan mənşəli amerikalı David Headley həbs ediliblər.


SENATDA GENERALI SORĞU-SUALA TUTUBLAR

Milli Təhlükəsizlik Agentliyində çalışan və Agentliyin dünyada milyonlara şəxs haqda internet üzərindən məlumat topladığını açıqlayan Edward Snowden Hong-Kongda qaldığı oteldən çıxıb, amma hara getdiyi məlum deyil.
Ancaq həm Milli Təhlükəsizlik Agentliyin sədri, həm də amerikanın Kiber Qüvvələrinin komandanı olan General Alexander Demokrat partiyasından olan senator Patrick Leahy-nin qarşısında tərləməli olub.

Leahy: "Onlarla?"

Alexander: "Burada və xaricdə, qarşısının alınması, və ya yardım etməkdə… "

Leahy: "Milyonlarla izlənmə içindən ancaq onlarlası vacib olub?"

Alexander: "Bəli"



SNOWDEN HANSI GİZLİNLƏRİ AÇIB?

Britaniyanın Guardian və Amerikanın Washington Post qəzetləri Snowden-in verdiyi sənədlərə istinadən yazıblar ki, hökumət Google, Facebook və başqa rabitə provayderləri üzərindən Amerika və xaricdəki milyonlarla adamın telefon danışıqları və özəl internet məlumatlarını əldə edirmiş. Snowden məlumat bazaların oğurlanması üçün ümumilikdə 61 min haker əməliyyatı keçirildiyini, Çin və Hong-Kongdan da yüzlərlə hədəfin bu siyahıda olduğunu əlavə edib.

Sözügedən şirkətlər hökumətə severlərinə girmək üçün icazə vermədiklərini və bunun hakerlik yoluyla həyata keçirildiyini açıqladılar.

İndi dünyada köhnə mübahisə yenidən qızışıb: şəxsi həyatın gizliliyi daha önəlidir, ya hökumətin təhlükəsizlik bəhanələri?


SNOWDEN EKSTRADİSİYA EDİLƏCƏKMİ?

Bəzi Amerikalı senatorlar Snowden-i vətən xaini kimi mühakimə edilməsini istəyirlər. Snowden özü isə özünü nə qəhrəman, nə də vətən xaini saymadığını, sadə amerikalı olduğunu bildirir. O verdiyi müsahibələrdə deyir ki, ABŞ hökumətinə qarşı Hong-Kong məhkəmələrində mübarizə aparmağa hazırlaşır.

1997-ci ildə Çin hakimiyyəti altına keçən Hong-Kongda özəl hüquq sistemi var. Amma Çinin kommunist rəhbərliyi Hong-Kongun xarici siyasət məsələlərinə, o cümlədən ekstradisiya məsələlərinə nəzarət edir.
a

Günün bütün mövzuları

XS
SM
MD
LG