Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:03

Rüstəm İbrahimbəyov Bakıya qayıdır


-
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov iyunun 20-25 arası Bakıya qayıdacaq. Bundan sonra Milli Şuranın daha geniş formatda görüşləri keçiriləcək.

Bu haqda Milli Şurasının icra aparatının rəhbəri Eldar Namazov məlumat verib.

Eldar Namazov deyib ki, Millİ Şuranın birinci sessiyası gələn həftə keçiriləcək. İkinci sessiyada isə Rüstəm İbrahimbəyov iştirak edəcək.

Dünən isə «EL» Hərəkatı, AXCP, Müsavat, Liberal, Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi partiyalarının liderləri görüşüb. Milli Şuranın ilk sessiyasına hazırlıqlar müzakirə olunub.

Milli Şuranın təsis konfransı iyunun 7-də keçirilib. Həmin gün Ziyalılar Forumunun rəhbəri, dramaturq Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçilib.
XS
SM
MD
LG