Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:21

Seçkilərlə əlaqədar Azərbaycana Ehtiyacların Qiymətləndirmə missiyası gələcək


ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosu iyunda Azərbaycana Ehtiyacların Qiymətləndirmə missiyası göndərməyi planlaşdırır.

APA-nın məlumatına görə, missiyanın məqsədi seçkiqabağı situasiyanı dəyərləndirmək və seçkilərlə əlaqədar hazırlıq işi aparmaqdır. Missiya görülən iş əsasında ATƏT DTİHB-in seçkilərlə bağlı fəaliyyətinin hansı formatda olacağına dair tövsiyələr hazırlayacaq. Adətən missiya nümayəndələri hakimiyyət təmsilçiləri, ayrı-ayrı namizədlər, mülki cəmiyyət nümayəndələri ilə görüşlər keçirir.

Xarici işlər naziri Elmar Məmmədyarov mayda ATƏT Daimi Şurasının iclasında çıxışı zamanı Azərbaycanın oktyabrda keçiriləcək prezident seçkilərinin monitorinqi üçün beynəlxalq müşahidəçilər dəvət etmək niyyətini açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG