Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:43

Zaur Qurbanlı ilə bağlı baş prokurora müraciət edildi


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı baş prokurora müraciət edib. NİDA hərəkatının gənc fəalı və bloqqer Zaur Qurbanlının zaminliyə buraxılmasını xahiş edib. Bu barədə VHP-dən AzadlıqRadiosuna verilən məlumatda deyilir.

Müraciətdə bildirilir ki, martın 1-də həbs edilən Z. Qurbanlı talassemiya, bronxial asma xəstəliyindən əziyyət çəkir, ciddi müalicəyə ehtiyacı var.

Sabir Rüstəmxanlı Zaur Qurbanlının əvvəllər məhkum olunmadığını nəzərə alaraq, məhkəməyə qədər azad olunmasına çağırıb.

Zaur Qurbanlı aprelin 1-də saxlanıb. Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə odlu silah saxlamaqda ittiham olunur. Nəsimi Rayon Məhkəməsi onun haqqında üç aylıq həbs qətimkan tədbiri seçib. Onu 5 ildən 8 ilədək həbs cəzası gözləyir.

Hazırda NİDA hərəkatının 7 fəalı həbsdədir.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International onları vicdan məhbusu sayır.
XS
SM
MD
LG