Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:31

Prezident Seçki Məcəlləsinə dəyişikliyi imzaladı


Prezident İlham Əliyev Seçki Məcəlləsinə 30 aprel dəyişikliyini imzalayıb.

İyunun 12-də rəsmiləşən yeniliyə görə, səsvermə günü Ümumxalq Hüzn Günü (20 yanvar) və ya iş günü hesab edilməyən bayram gününə düşərsə, səsvermə həmin ayın başqa iş gününə təyin edilir.

Bu, parlament seçkisinə aid deyil. Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə görə, Milli Məclisin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Bu il Azərbaycanda prezident seçkisi oktyabrın 16-da keçirilməli idi. Oktyabrın 16-sı Qurban bayramına düşdüyündən seçki günü dəyişməlidir. /Mediaforum/
XS
SM
MD
LG