Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:01

Suriyanın hərbi hava qüvvələri Livanın Arsal şəhərini vurub


Foto arxiv
Foto arxiv
Suriyanın hərbi hava qüvvələri bu gün Livanın Arsal şəhərinə 3 raket buraxıb.

Əhalisinin əksəriyyəti sünnilər olan bu şəhər Suriya rejimi ilə mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Livan təhlükəsizlik xidmətinin əməkdaşı France Press agentliyinə bir neçə nəfərin yaralandığını bildirib. Livan ordusu bu cür hücumlara təcili cavab veriləcəyini bəyan edib.

Təkcə çərşənbə axşamı Suriyada 250-dən çox adam ölüb.
Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçilərinin məlumatına fgörə, 2 ildən çoxdur ki, davam edən münaqişədə 90 mindən çox adam ölüb.
XS
SM
MD
LG