Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:18

Erdoganın alim və mədəniyyət xadimləri ilə görüşü gözlənilir


 Tayyip Erdogan
Tayyip Erdogan
Türkiyənin baş naziri Racep Tayyip Erdoğanın bu gün bir qrup tələbə, alim , artist və rəssamla hökumət əleyhinə kütləvi aksiyaları müzakirə edəcəyi gözlənilir. Görüş hakim Ədalət və inkişaf partiyasının Ankaradakı qərargahında olmalıdır.

Amma aksiyaçıların nümayəndəsi Sami Yilmazturk bildirib ki, onlar aksiyaçıları təmsil eləmir.

Almaniyanın kansleri Angela Merkel bundan əvvəl Erdoganı aksiyaçılarla dialoqa çağırmışdı.

Son ictimai rəy sorğusuna görə, ölkədə keçirilən etiraz aksiyalarını əhalinin 24 faizi dəstəkləyir. 53 faizi isə dəstəkləmir.

Seçkinin indi keçiriləcəyi halda isə əhalinin 49 faizdən çoxu Erdoganın partiyasına səsverəcəyini deyir.

13 gündür ki, Türkiyədə hökumət əleyhinə aksiyalar keçirilir.
XS
SM
MD
LG