Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:06
-
Qərb bölgəsinə «Limuzin» cinsli 600 inək gətirilir.

Bu barədə AzadlıqRadiosuna Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru Məmməd Balakişiyev məlumat verib.

«Limuzin» cinsli inəklərin Macarıstandan gətirildiyini deyən M.Balakişiyev əlavə edir ki, son vaxtlar ölkəyə gətirilən cins südlük mal-qara balansda ciddi fərq yaradıb. Bu səbəbdən ətlik istehsalın artırılmasına zərurət var.

İnəklərin hər birinin qiyməti çəkisinə uyğun olaraq 3-7 min manat arası dəyişir. Bunun 50 faizini dövlət ödəyir, qalanını isə sahibkarlar lizinq yolu ilə hissə-hissə ödəyirlər.
M.Balakişiyev deyir ki, karantin dövründə «Limuzin» cinsli inəklərin Azərbaycana uyğunluğu təsdiqlənərsə, qısa müddətdə bu cinsdən olan daha 1000 inəyin Qərb bölgəsinə gətirilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG