Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:20
-
AXCP Gədəbəy təşkilatının üzvü, gənc fəal Yaşar Abdullayev həbs edilib.

Bu barədə AzadlıqRadiosuna həmin təşkilatdan Səyyaf Musayev məlumat verib.

Səyyaf Musayev deyir ki, Yaşar Abdullayev indiyədək haqqını, sözünü tələb etdiyi üçün dəfələrlə polis orqanları tərəfindən təzyiqlərə məruz qalıb:

«Yaşar aktiv oğlandır. Polis ona çayxanada, hətta evində belə təzyiq göstərirdi. Sürücülük vəsiqəsini almaq üçün rüşvət vermədikdən sonra polislər ona qarşı daha aqressiv oldular. Çünki Yaşar ondan rüşvət tələb edildiyi üçün yuxarı instansiyalara şikayət məktubları yazmışdı. Həbsindən bir neçə gün əvvəl rayon polis şöbəsinin əməkdaşı bütün kənd camaatının qarşısında dedi ki, məktublarını da, özünü də yığışdır».

Səyyaf Musayev qeyd edir ki, Yaşar Abdullayevin yazdığı məktubların əksəriyyəti iş üçün müraciət etdiyi yerlərdən olub:

«Hansı qapını döyübsə, rüşvət istəyiblər».

Səyyaf Musayevin dediyinə görə, Yaşar Abdullayevi mayın 26-da polis şöbəsinə çağırıblar. Elə oradaca vəzifə başında olan polisə təzyiq ittihamı ilə haqqında həbs-qətimkan tədbiri seçiblər:

«Yaşar Abdullayev vəkilinə danışıb ki, ona belə bir oyunu qurublar, polisə müqaviməti filan olmayıb».

İşi aparan müstəntiq İlqar Abdullayev isə deyir ki, Yaşar Abdullayev polis şöbəsində polisə əl qaldırdığı, xuliqanlıq etdiyi üçün həbsdədir. Onun gənc fəal olması və ya siyasi partiya mənsubluğunun bu həbsə aidiyyəti yoxdur.

AXCP fəalının polis şöbəsinə nə səbəbdən çağırılması sualımızı isə müstəntiq cavabsız qoydu.

Yaşar Abdullayev barəsində Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi ilə iş açılıb.

Mühakimə ediləcəyi təqdirdə onu beş ilədək həbs cəzası gözləyir.

Şərhləri göstər

XS
SM
MD
LG