Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:28

Zirədə maye qaz qəhətə çıxıb


Qaz sayğacı
Qaz sayğacı
-

«Əlil adamam, bir ayağım yoxdur, ürəyim xəstədir, hər gün əlimdə balta odun yarıram. Biz hansı dövrdə yaşayırıq?».

Zirənin Babayev küçəsində yaşayan Mehrəli Kazımov deyir ki, maye qaz bu qəsəbədən uzaq düşüb. İlin-günün bu vaxtında adamlar gündəlik azuqələrini hazırlamaq üçün həyətin ortasında odun yarıb, ocaq qalayırlar:

«Maye qaz sarıdan qışda da əziyyət çəkdik. Təzyiq az olduğuna görə «kombi» işlədə bilmədik. Ancaq 1 aya yaxındır ki, kənddə yerli-dibli qaz yoxdur. Belə olur ki, «Azəriqaz»ın «qaynar xətt»inə, qaz istismar sahəmizə, ora-bura zəng vururam, əsəbiləşirəm, gecə saat 11-dən sonra zəif təzyiqlə qaz verilir. Səhər açıldı, yenə qəhətə çıxır. Yuxudan oyanırsan ki, çay hazırlayıb nahar edəsən, görürsən qaz yoxdur, səhər-səhər əsəblərin pozulur. Günorta da həmçinin. Sahə rəisinə şikayət edəndə, deyir, qaz balonu al, işlət».

Ancaq Xəzər rayon Qaz İstismar Sahəsinin texniki istismar şöbəsinin rəisi Müşfiq Zeynalov «Qaynar xətt»ə bildirdi ki, Zirəyə maye qazın ötürülməsi normasındadır:

«Ola bilsin ki, bəzi abonentlərin sayğacları ilə bağlı problem olsun, biz həmin ünvanlara gedib, məsələni yerində araşdırarıq».

Elə Mehrəli Kazımov da bunu istəyir:

«Gəlsinlər, o sayğac, o da onlar. Nə borcum yoxdur, nə də sayğaca müdaxiləm. Qazın verilişi təkcə mənim yox, bütün qəsəbənin evlərinə dayandırılıb».

Şöbə rəisi Müşfiq Zeynalov şikayətçinin ünvanını qeyd edərək, gün ərzində həmin ünvanda araşdırma aparılacağını bildirdi.
XS
SM
MD
LG