Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:03
-

İyunun 11-də «Amerikanın səsi» radiostansiyasının və «Turan» İnformasiya Agentliyinin əməkdaşı, «Obyektiv TV» on-line televiziyasının aparıcısı Tapdıq Fərhadoğlunun avtomobilinə hücum olub. Bu haqda AzadlıqRadiosuna danışan jurnalist deyib ki, avtomobilini Caspian Plaza Biznes Mərkəzinin qarşısında, yol kənarında saxlayıb:

«Saat 16-da maşını orda qoyub, tədbirə getdim. Qayıdanda avtomobil salamat idi. Ancaq axşam 9-un yarısı işdən çıxanda gördüm ki, maşının sol arxa qapısını sındırıblar. Heç nə aparmayıblar, bir mikrofon olan çantamı götürüblər».

Tapdıq Fərhadoğlu baş verənlərin kriminal yoxsa peşə fəaliyyəti ilə bağlı olması haqda qəti fikir söyləmir:

«Ancaq bir onu deyə bilərəm ki, təşkil olunmuş işdir. Mənim maşınım yolun kənarında saxlanıb. Bu, işlək yoldur. Ordan hər saniyə adamlar, maşınlar keçir. Belə yerdə maşının sındırılması təsadüf deyil».

Jurnalist hadisəylə bağlı DİN-in «102» saylı növbətçi hissəsinə məlumat verib, Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinə müraciət edib. Araşdırma başlanıb. Hələlik hadisənin səbəbi bəlli deyil.

SAHİB KƏRİMLİNİN DƏ MAŞININA HÜCUM OLUB

Sahib Kərimov

Sahib Kərimov

İyunun 11-də AXCP Rəyasət Heyətinin və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Sahib Kərimovun da avtomobilinə hücum olduğu bildirilir. «contact.az» yazır ki, o, səhər saatlarında avtomobilinin qabaq şüşəsinin sındırıldığını görüb.

S. Kərimlinin sözlərinə görə, maşınından partiya sənədləri götürülüb, onların sürəti çıxarılaraq yenidən yerinə qoyulub. O, bu nəticəyə ona görə gəlib ki, sellofan paketdə surətçıxaran üçün tozun ləkələri qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG