Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:54
-

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Gəncədə vətəndaşları qəbul edib. Sakinlər əsasən müxtəlif dövrlərdə olan iş müddətinin staja daxil edilməməsindən şikayətləniblər.

Qəbula Gəncə şəhərindən, Göygöl, Samux, Goranboy və Naftalan rayonlarından 30-dan çox sakin yazılıb.

S. Müslümov jurnalistlərə açıqlamasında bildirib ki, qəbulda vətəndaşların təhsil, həbsxana müddətlərinin staja daxil edilməsi ilə bağlı müraciətləri üstünlük təşkil edib. Bundan əlavə əvvəllər təsərrüfat hesablı dövlət müəssisələrində işləyən şəxslər də onlara dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı müraciətlər ediblər.
XS
SM
MD
LG