Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:36

Pensiyaların baza hissəsi artırılacaq


Səlim Müslümov
Səlim Müslümov
Avqust ayınadək pensiyaların baza hissəsi artırılacaq.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov iyunun 12-də Gəncədə sakinlərin qəbulu zamanı bildirib. Onun sözlərinə görə, baza hissəsinin artırılması üçün Fondun büdcəsindən ayrılmalar ediləcək:

«İyun ayının 1-də fondun profisiti haradasa 70 milyon manata yaxın idi. Gözləntilər var ki, iyun ayı ərzində bu məbləğ artacaq. Beləliklə, iyul-avqust aylarında artımın başlanmasına zəmin yaranacaq, tam maliyyə vəsaitlərimiz formalaşmış olacaq».

Pensiyaların baza hissəsinin təxminən 15-20 faiz artacağı gözlənilir.
XS
SM
MD
LG