Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:04
-

Daxili İşlər Nazirliyi jurnalist Rasim Əliyevlə kobud rəftarına görə Səbail rayon Polis İdarəsinin Post Patrul Xidmətinin iki əməkdaşını tutduğu vəzifədən azad edib. Bu haqda AzadlıqRadiosuna nazirliyin mətbuat xidmətindən deyiblər. Mətbuat xidməti həmin şəxslərin adlarını açıqlamayıb.

İyunun 3-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Rasim Əliyev Türkiyədəki hadisələrə Bakıda dəstək məqsədilə keçirilən aksiyanı lentə alarkən qaba rəftarla üzləşmişdi.

O, AzadlıqRadiosuna demişdi: «Məqsədim sırf aksiyanı işıqlandırmaq idi. Polis aksiya iştirakçısı olan bir gənci ərazidən uzaqlaşdırmaq istəyərkən söyüş söydü və onunla mübahisəyə başladı. Çönüb görəndə ki, mən bu insidenti çəkirəm, dinməz-söyləməz, yaxınlaşıb üzümə yumruq atdı və «Sənə kim ixtiyar verib ki, məni çəkirsən?» – dedi. Bu sözləri təkrarlaya-təkrarlaya daha dörd yumruq vurdu və əlimdəki telefonu da aldı».

O zaman nazirlik bu hadisəni araşdıracağını bildirmişdi.

Rasim Əliyev DİN-in bu addımını normal qarşıladığını söyləyir:

«Mən hüquqşünas deyiləm. Bu cəzanın həmin hərəkətə nə qədər adekvat olduğunu da deyə bilmərəm. Bəlkə də onlarla bağlı cinayət işi açılmalıydı. Amma istənilən halda iki polis əməlinə görə - jurnalisti döydüyünə görə cəzalandırılıb. Bu da gələcəkdə jurnalistlərin fiziki təzyiqlərlə üzləşməsinin qarşısını ala bilər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG