Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:02
Hazırda Azərbaycanda ərzaq məhsullarının istehsalı sahəsindəki fəaliyyət lisenziyalaşdırılmır.

Lakin gələcəkdə çörək istehsalı ilə bağlı sahibkarlıq fəaliyyəti lisenziyalaşdırıla bilər.

APA-nın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin ərzaq məhsullarına nəzarət şöbəsinin müdiri Məsim Babayev bildirib.

M. Babayev qeyd edib ki, bununla bağlı Dövlət Komitəsi artıq hökumətə müraciət edib:

«Hazırda siqaret və spirtli içki məhsullarının istehsalı lisenziyalaşdırılır. Çörək istehsalının da lisenziyalaşdırılması yaxşı olardı».

Günün bütün mövzuları

XS
SM
MD
LG