Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:45

FİFA 14 finalına gedən yolda


İlk dəqiqədə hesabı açan erməni futbolçu Yura Movsisyan

İlk dəqiqədə hesabı açan erməni futbolçu Yura Movsisyan

-
İyunun 11-də Dünya Futbol Çempionatının seçmə mərhələsində oyunlar keçirilib.

Avropa zonasının B qrupunda yarışan Ermənistan yığması Kopenhagendə Danimarka yığmasının qapısına 4 cavabsız top vurub. (Y. Movsisyan (1, 59), A. Özbiliz (19), H. Mkhitaryan (82))
6 turdan sonra B qrupuna 14 xalla İtaliya başçılıq edir. Bolqarıstan 10 xalla ikinci, Çexiya 9 xalla üçüncü pilləni tutur. Ermənistan sonuncu oyundan sonra 6 xalla dördüncü pilləyə yüksəliblər. Danimarka 6 xalla qrupda beşinçi pillədə qərarlaşıb var. Qrupda son pilləni 3 xalla Malta yığması tutur.
Yarışın reqlamentinə görə, birinci yeri tutan komanda final mərhələsinə vəsiqə qazanır.

İkinci yeri tutan komandanın da 2014-cü ildə Braziliyada keçiriləcək final mərhələsinə qatılmaq şansı var.

C qrupundasa İsveç Farer adalarını məğlub edib: 2 - 0
I qrupunda Belarus Finlandiya ilə bərabər oynayıb: 1 - 1

Cənubi Amerika zonasında keçirilmiş oyunlar:
Kolumbiya 2 - 0 Peru
Ekvador 1 - 1 Argentina
Venesuela 0 - 1 Uruqvay
Çili 3 - 1 Boliviya

Asiya zonasında keçirilmiş oyunlar:
Koreya Respublikası 1 - 0 Özbəkistan
İran 4 - 0 Livan
Avstraliya 4 - 0 İordaniya
İraq 0 - 1 Yaponiya

Günün bütün mövzuları

XS
SM
MD
LG