Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32
Gürcüstanın əvvəlki rəhbərliyinin zamanında ictimai fiqurları şantaj etmək üçün gizli yollarla əldə edilən video və audio materiallar dərhal məhv ediləcək.

Gürcüstanın Daxili İşlər naziri Irakli Garibashvili iyunun əvvəlində hələ Brüseldə, Avropa Siyasəti Mərkəzində çıxışı zamanı belə vəd vermişdi. Onun sözlərinə görə, Gürcüstanın siyasətçiləri və başqa nüfuzlu şəxsləri haqda Saakashvili hökuməti zamanında toplanan gizli materialların sayı yüzlərlədir. BU materiallardan zaman-zaman ittihamlar irəli sürülməsində istifadə edilib, bəziləri isə əməkdaşlı üçün şantajda işə yarayıb.

Məsələn, 2011-ci ildə Saakashvilinin fotoqrafının da aralarında olduğu 3 fotoqraf Rusiyaya casusluqda ittiham olunmuşdu.

Əvvəllər Avropa Şurasının İNsan haqları komissarı olan, indi isə Avropa Birliyinin Gürcüstandakı hüququ islahatlar üzrə müşaviri vəzifəsini tutan Thomas Hammerberg ümumiyyətlə gizli çəkilişlərin aparılması, tlefonların və söhbətlərin dinlənməsi şərtlərinin kəskin məhdudlaşdırılmasına çağırır.

"Prinsipcə, bu cür çəkilişlər cinayət sayılmalıdır. Şantajda istifadə olunması cinayət sayılmalıdır. Onları əldə eləmək və saxlamaq cinayətdir. Və onları yaymaq da sözsüz ki, cinayətdir".

Qanunla Gürcüstanda bu cür gizli çəkilişlər ancaq məhkəmə qərarı ilə olmalıdır. Amma son araşdırmalar onu da göstərir ki, Gürcüstan məhkəmələri geniş şəkildə hüquq-mühafizə orqanlarından gələn bu tələbləri tədiqləyirlər. Məsələn, 2012-ci ilin seçki dövründə 5951də telefonların dinlənməsi və ya izlənməsi üçün məhkəməyə müraciət olunub, ancaq 12 halda məhkəmə rədd eləyib.

Hələ Bidzina İvanishvili hakimiyyətə gələndə bu cür arxivlərin məhv ediləcəyi ilə bağlı vədlər verirdi. Saakashvilinin hakimiyyəti vaxtı 8 il boyunca gizli məlumatların əldə edilməsinə rəhbərlik edən keçmiş Daxili İşlər naziri Vano Merabishvili ötən ay həbs edilmişdi. Bəziləri bu həbsin siyasi motivli olduğunu iddia elədilər. Ancaq indiki nazir deyir ki, gizli yolla toplanan materialların heç bir siyasi context yoxdur, birbaşa olan şəxsi həyatın sirləri ilə bağlıdır. Elə Garibashvili öz müavinlərindən birini də bəzilərinin gili çəkilən homoseksual seks videolarını rəqiblərinə sızdırmaq ittihamı ilə həbs elədi.

İndi Gürcüstanda çoxları bu arxivlərin məhvi fikri ilə razılaşsa da, məsələ bundadır ki, rəqəmsal texnologiyalar dövründə onların nüsxələrini çıxarıb, kimdəsə qalması ehtimalları da var.

Daxili İşlər nazirinin müavini Levan Izoria deyir ki, bütün nüsxələri əldə edə bilmək üçün 1 aylıq amnistiya elan etmək fikrindədirlər.

"Bu amnistiya layihəsinə görə, əllərində gizli materiallar olanlara 1-2 ay vaxt verəcəyik ki, onları istintaqa təhvil versinlər. Verməyənlər cinayət məsuliyyəti daşıyacaq".

Texniki olaraq, bu cür materialların ictimaiyyətin də nümayəndələrindən ibarət olan xüsusi komissiyaların nəzarətində məhv edilməsi nəzərdə tutulur. Amma bəzi materiallar hazırda davam edən bir sıra cinayət işlərində dəlil-sübut kimi istifadə edilir deyə, onların da məhv olunub-olunmayacağı sual altındadır.

Transparency Internationalın Gürcüstan təmsilçisi Ghia Gvilava deyir ki, hökumətdən onlara söz veriblər ki, bütün materiallar öncə ciddi əkildə araşdırlacaq və əgər hansısa istintaqa lazım olacaqsa, qorunacaq.

Amma bir fakt da var ki, elə İvanishvilinin hakimiyyətdə olduğu ilk 4 ay ərzində də minə yaxın gizli çəkiliş və dinlənmə üçün məhkəmələrdən icazə alınıb. İndi hüquq-müdafiəçiləri tələb edirlər ki, hökumət xoş niyyətini göstərmək üçün telefon danışıqlarını dinləmək və izləmək üçün rabitə operatorlarında yerləşdirdiyi qurğuları ümumiyyətlə yığışdırsın. Əks halda kphnə arxivlərin məhv edilməsinin bir xeyri olmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG