Keçid linkləri

2024, 30 Mart, şənbə, Bakı vaxtı 05:32

Kiçik Qafqaz meşə massivləri qorunacaq


Arxiv foto
Arxiv foto
Bu barədə layihənin icraçılarından olan Helsinki Vətəndaş Assambleyasının Qərb bölgə nümayəndəliyinin rəhbəri Aslan Vəliyev məlumat verib. Bildirib ki, layihə Helsinki Vətəndaş Assambleyası və Kamil Vətəndaş İctimai Birliyinin birgə işidir.

Layihənin məqsədi Göygöl və Daşkəsən rayonlarında məhv edilmiş və seyrəlmiş dövlət meşə fondu ərazilərinin mühafizəsində vətəndaş iştirakçılığının və məsuliyyətinin artırılması və ətraf mühitə mənfi təsirlərin azaldılmasına nail olmaqdır.

8 ay müddətində icra olunacaq layihənin büdcəsi 12 540 manat təşkil edir.

Büdcənin 6000 manatı QHT-lərə Dəstək Yardım Fonu tərəfindən ödənilir, digər hissəsi isə təşkilatların öz resursları hesabına həyata keçiriləcək.
XS
SM
MD
LG