Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:10

AŞPA həmməruzəçilərinin Bakıya səfəri başlayıb


Pedro Agramunt və Joseph Debono Grech
Pedro Agramunt və Joseph Debono Grech
İyunun 11-dən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Agramunt (İspaniya) və Joseph Debono Grech-in (Malta) Bakıya rəsmi səfəri başlayıb.

Avropa Şurasındakı mənbələr Turan-a bildiriblər ki, məruzəçilər parlamentin spikeri Oqtay Əsədov, DİN, Ədliyyə Nazirliyi rəhbərləri, parlamentdə təmsil olunan partiya liderləri ilə görüşəcəklər. Onlar AŞPA-nın Azərbaycan üzrə qətnamələrinin və ölkənin AŞ qarşısında götürdüyü öhdəliklərin reallaşması ilə tanış olacaqlar.

İyunun 13-də axşam məruzəçilər səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirəcəklər.

Yanvarın 23-də AŞPA Azərbaycanın AŞ qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı qətnamə qəbul edib. Qətnamə Agramunt və Grech-in məruzəsi əsasında hazırlanıb. Sənəddə Azərbaycan hakimiyyəti toplaşma və ifadə azadlığına əməl etməyə, QHT-lərin qeydiyyatına və fəaliyyətinə olan maneələri aradan qaldırmağa, beynəlxalq QHT-lərin qeydiyyatı prosedurunu sadələşdirməyə, ehtimal olunan siyasi məhbuslar problemini həll etməyə çağırılır.
XS
SM
MD
LG