Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:11

Tanınmış erməni yazıçısı prezidentin verdiyi medaldan imtina etdi


Levon Xeçoyan

Levon Xeçoyan

-

Tanınmış erməni yazıçısı Levon Xeçoyan prezidentin ona verdiyi medaldan imtina edib.

Ermənistan prezidenti Serj Sarkisyan 58 yaşlı yazara "Vətən qarşısında xidmətlərinə görə" medalının (2-cu dərəcəli) verilməsi haqda fərmanı bir neçə gün qabaq imzalamışdı.

O, medalı mayın 28-də milli bayram günü - Respublika günü münasibətilə düzənlənən tədburdə almalı idi.

L.Xeçoyan jurnalistlərlə söhbətində deyib ki. "ölkəni tərk edənlərin sayı bu həddə çatdığı bir vaxtda medalı qəbul edə bilməzdi". Bundan başqa yazıçı imtinanın səbəblərindən biri kimi Qarabağ müharibəsi veteranlarının sosial problemlərini göstərib (onun özü də müharibədə iştirakçısıdır).

Qarabağ müharibəsi veteranları mayın ortalarında oturaq etiraz aksiyası keçirmişdilər.

Yerevanın Azadlıq meydanında keçirilən həmin aksiyada veteranlar təqaüdlərinin artırılmasını tələb etmişdilər.

(Levon Xeçoyanın müharibə haqda "Bayquş" hekayəsini burda oxu)

Azadlıq Radiosunun erməni xidməti xəbər verir ki, bu, sənətçinin ölkədəki vəziyyətin ağırlığını əsas gətirib dövlət mükafatından imtina etməsi ilə bağlı ilk hal deyil.

Bundan qabaq musiqiçi Ohan Duryan və yazıçı Silva Kaputikyan da belə addım atmışdı.

oxuzali.az

Günün bütün mövzuları

XS
SM
MD
LG