Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:18

Gəncədə istehsal sahələrinə 32 milyon manatdan artıq kapital qoyulub


Gəncə şəhər icra hakimiyyətinin binası
Gəncə şəhər icra hakimiyyətinin binası
2013-cü ildə Gəncənin istehsal sahələrinə 32,6 milyon manatdan çox kapital qoyulub.

Bu barədə Gəncə şəhər icra hakimiyyətinin iqtisadiyyat şöbəsindən məlumat verilib. Məlumata görə, şəhər maliyyəsindən ayrılan vəsaitin 96,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

2012-ci illə müqayisədə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin miqdarı 4,2 dəfə artıb. Bundan başqa investorlar şəhər üzrə qoyulan sərmayələrin 5,1 milyon manatını və ya 15,6 faizini sənayeyə yönəldiblər.
XS
SM
MD
LG