Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:41

Elşad Abdullayevin işi ilə bağlı həbs olunan iş adamının məhkəməsi olub


Sabiq rektor Elşad Abdullayevin işi ilə bağlı həbs olunan iş adamı Arzu Kazımovun cinayət işi üzrə iyunun 11-də məhkəmə olub.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Arzu Kazımovun vəkili Ramiz Zeynalov müdafiə etdiyi şəxslə bağlı Elşad Abdullayevin yaydığı videoların hüquqi əsasının olmadığını bildirib və həmin videoların sübutlar siyahısından çıxarılmasını istəyib.

Bundan başqa vəkil Arzu Kazımovun xəstə olduğunu əsas gətirərək onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatət qaldırıb. Ramiz Zeynalov eyni zamanda «İnşaat-Servis-2002» MTK-nın maliyyə arayışlarının kimin adına verilməsi barədə şirkətə sorğu göndərilməsi barədə də vəsatət qaldırıb.

Vəsatətlərin heç biri təmin olunmayıb.

Məhkəmə baxışı iyunun 21-nə təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG